Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
“İranda inflyasiya 300%-ə çatır və ölkədəki vəziyyət pisləşir”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
“İranın nə Hərbi Dəniz Qüvvələri, nə Hərbi Hava Qüvvələri var, qalan qoşunlara maaş verilmir, SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu, silahlı qüvvələrin elit bölməsi) məğlub olub qaçır və onların “səlahiyyəti” ən yaxşı halda qeyri-sabitdir! Onların pulu yoxdur - ölkələri “tükənib”. Onların əlində yalnız saxta xəbərlər və 300% inflyasiya var və vəziyyət daha da pisləşir! İran yalnız danışır, heç bir hərəkət yoxdur”, - dövlət başçısı yazıb.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu bu il İranda inflyasiyanın 69%-ə çatacağını gözləyir. Dünya Bankının məlumatına görə, 2025-ci ildə ölkə üçün bu rəqəm 42,2%-dir.