Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara hazırlaşması barədə intensiv məlumatlar gəlir.
“The Wall Street Journal” Pentaqonun Yaxın Şərqə hərbi təyyarələr yerləşdirməyə başladığını yazıb.
Qeyd edilir ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlara qərar verməsə də, köməkçilərinə həlledici hərbi variantlar hazırlamağı tapşırıb.
Qəzetin yazdığına görə, Tramp ötən həftə İrana birbaşa hücumdan imtina edib.
Lakin ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunun sürətlə gücləndirilməsinə göstəriş verib.
Hazırda Amerika bölgəyə döyüş gəmisi və bir neçə qırıcı təyyarə göndərib.
Qeyd edək ki, Prezident Tramp İranda keçirilən aksiyalar zamanı vədinə uyğun olaraq rejimə qarşı hərbi zərbələrin endirilməsinə əmr verməsə də, bundan imtina etməyib.