İranda internet bərpa olunur

19.01.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İran hakimiyyəti internetə çıxışı 23 yanvar - cümə gününə qədər tam bərpa edə bilər.
Modern.az xəbər verir ki, bu barədə İranın elm və texnologiya üzrə vitse-prezidenti Hüseyn Afşin bildirib.
İranda baş verən son etirazlar və iğtişaşlar səbəbindən bloklanan internetə çıxış paytaxt tehranda artıq bərpa edilib.

İranda etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın devalvasiyası səbəbindən başlayıb. 8 yanvarda İranın devrilmiş şahının oğlu Rza Pəhləvinin çağırışlarından sonra etirazlar iğtişaşlara çevrilib və İranın siyasi sisteminə qarşı şüarlarla müşayiət olunub. Elə həmin gün ölkədə internet kəsilib.

İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ və İsraili İslam Respublikasındakı iğtişaşları təşkil etməkdə günahlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью