İranda “İnternet Pro” qalmaqalı: İmtiyazlı çıxışla bağlı araşdırma BAŞLADI

27.04.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranda “İnternet Pro” kimi tanınan imtiyazlı internet çıxışı ilə bağlı araşdırma başlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Məhkəmə Hakimiyyətinin başçısı Qulamhüseyn Möhsəni Ejei açıqlama verib.

Bildirilib ki, o, sözügedən internet imkanının müəyyən edilmiş meyarlara uyğun olmayan şəxslərə verildiyi ilə bağlı məlumatlardan narahatlığını ifadə edib.

Qeyd olunub ki, Ejei bu xətlərin yalnız müəyyən ixtisas sahiblərinə və xüsusi qruplara təqdim edilməli olduğunu xatırladıb.

Məlumata görə, o, bəzi hallarda bu imkanın həmin meyarlara uyğun olmayan şəxslərə də verildiyini bildirib.

Bildirilib ki, Məhkəmə Hakimiyyətinin rəhbəri məsələ ilə bağlı baş prokurora və müvafiq yoxlama qurumuna araşdırma aparılması barədə tapşırıq verib.

Qeyd edilib ki, o, pilləli internet çıxışının bu cür paylanmasının korrupsiya riskləri yarada biləcəyini vurğulayıb.

Məlumata əsasən, araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi gözlənilir.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью