“İranda internet terrorçulara görə bağlanıb” − Əraqçi

12.01.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


“İranda internetə giriş məhdudiyyətləri etirazlar zamanı xarici koordinasiyalı terror əməliyyatları başladıqdan sonra tətbiq edilib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə”yə verdiyi açıqlamada bildirib.
O, qeyd edib ki, internetin bağlanması xaricdən sifariş edilən terror əməliyyatları başlayanda baş verib.
Beynəlxalq internet monitorinq xidməti “NetBlocks”un məlumatına görə, İranda internetə giriş 96 saatdan çoxdur ki, məhdudlaşdırılıb. 9 yanvarda İran Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi təhlükəsizlik orqanları tərəfindən məhdudlaşdırılan internet xidmətlərinin bərpası üçün tədbirlər gördüyünü açıqlayıb.
Xatırladaq ki, dekabrın sonundan İran rialının dəyərinin kəskin şəkildə düşməsi səbəbindən tacirlər Tehranda etiraz aksiyalarına başlayıblar. 30 dekabrda tələbələr iğtişaşlara qoşulublar. İğtişaşlar əksər böyük şəhərlərə yayılıb. Hakimiyyət orqanları 38 hüquq-mühafizə orqanı əməkdaşının ölümü barədə məlumat veriblər. Əraqçinin sözlərinə görə, 8 yanvardan bəri etirazçılar arasında silahlı terrorçular peyda olub. İran hakimiyyəti iğtişaşların təşkilində İsraili və ABŞ-ni günahlandırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью