İranda irihəcmli qaz yatağı tapıldı

23.08.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın cənubundakı Fars əyalətində ölkəyə on milyardlarla dollar gətirə biləcək böyük qaz yatağı aşkarlanıb.
Bizim.Media "Tasnim"ə istinadən xəbər verir ki, bu haqda İranın neft naziri Mohsen Paknejad məlumat verib.
Nazir ölkənin cənubundakı Fars əyalətində 7,5 trilyon kub futdan (TCF) çox qaz ehtiyatının aşkar edildiyini bildirib.
Nazirin verdiyi məlumata görə, 72%-dən yuxarı hasilat əmsalı ilə təxminən 5,7 TCF qazın çıxarılacağı gözlənilir ki, bu da Cənubi Pars fəaliyyət mərhələsindən birinin 15 illik hasilatına bərabərdir. Belə ki, qazın kükürdsüz olması kəşfiyyat və hasilat xərclərini azaldır.
Bu kəşf həmçinin böyük həcmdə qaz kondensatını da əhatə edir ki, bu da İran üçün on milyardlarla dollar dəyərində yeni iqtisadi mənfəət yaradır.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью