Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranda ağır vəziyyətdə olan işçilər borclarını ödəmək üçün böyrək, qaraciyər toxuması və sümük iliyi satışı ilə bağlı elanlar yerləşdirirlər.
Modern.az xəbər verir ki, bu barədə “ILNA” agentliyi məlumat yayıb.
Məlumata görə, paytaxt Tehranın mərkəzi küçələrində divarlara, metal qapılara və binaların üzərinə orqan satışı ilə bağlı elanlar yapışdırılıb.
Sədra Xəstəxanasının əməkdaşlarından biri agentliyə açıqlamasında elan verənlərin böyük əksəriyyətinin ciddi maliyyə çətinlikləri ilə üzləşən fəhlələr olduğunu bildirib.
Onun sözlərinə görə, orqanların satış qiyməti qan qrupundan asılı olaraq dəyişir. Standart qiymətlər 30–40 milyard rial (təxminən 11 500–15 300 ABŞ dolları) arasında olduğu halda, O-pozitiv qan qrupuna malik şəxslər üçün məbləğ 8 milyard rialdan (təxminən 3 100 dollar) başlayır. Nadir qan qrupları üzrə isə qiymət 50 milyard rialadək (təxminən 19 200 dollar) yüksəlir.
Gülbadam Cümşüdova