İranda İsrailə casusluq edən şəxs edam edildi

14.10.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranda silahlı hücumlar, partlayıcı maddələrin qanunsuz hazırlanması və xarici kəşfiyyat orqanlarına casusluq etməkdə günahlandırılan Əli-Sina Mostafavi barəsində çıxarılan ölüm hökmü icra olunub.
Bizim.Media  xəbər verir ki, bu barədə fars mətbuatı yazıb.
Müstəntiq materiallarına əsasən, Əli-Sina Mostafavi Kirman şəhərində fəaliyyət göstərib. O, "40 günlük müharibə" dövründə silahlı basqınlarda, qəsdən adam öldürməyə cəhddə və qanunsuz olaraq partlayıcı maddələr hazırlamaqda təqsirli bilinib.
Bundan əlavə, məhkəmə onun İsrail xüsusi xidmət orqanları ("Mossad") və devrilmiş şahın oğlu Rza Pəhləvi ilə sıx əlaqədə olduğunu sübuta yetirib.
İstintaqın versiyasına görə, Mostafavi raket və mərmilərin düşdüyü yerlərdən video çəkilişlər apararaq İsrail kəşfiyyatına ötürüb, həmçinin Kirman hava limanında terror aktı törətməyə hazır olduğunu bəyan edib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью