Bizimyol saytına istinadən Icma.az xəbər verir.
İran Ali Məhkəməsi bir nəfəri İsrailin xeyrinə casusluqda ittiham edərək edam cəzasına məhkum edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, həmin şəxs iranlı fizik Möhsün Fəxrizadəni öldürmək üçün istifadə olunan avadanlıqları daşımaqda ittiham olunub.
Fəxrizadə 2020-ci ilin noyabrında Tehran yaxınlığında avtomobil yolunda pusquya düşməsi nəticəsində həlak olub.
Arutz Şeva bildirib ki, 2022-ci ildə İran Fəxrizadənin qətli ilə bağlı 9 nəfəri edam cəzasına məhkum edib.
İran İsraili Fəxrizadənin ölümünü təşkil etməkdə ittiham edərək, onun öldürülməsini “dövlət terroru” adlandırıb. Əvvəlcə Fəxrizadənin uzaqdan idarə edilən pulemyotla vurulduğu iddia edilib. Lakin 2021-ci ildə "The New York Times" qəzeti alimin robotla öldürüldüyünü yazıb.
Qadir, Bizimyol.info