İranda İsrailə casusluqda ittiham olunan şəxs edam edilib

30.04.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

İranda İsrailin kəşfiyyat xidməti “Mossad”la əlaqədə və casusluqda ittiham olunan şəxs edam edilib.

APA xəbər verir ki, bu barədə İranın Məhkəmə və Ədliyyə Sistemi məlumat yayıb.

Məlumatda Möhsün Lanqarneşin İsrail kəşfiyyatı ilə sıx əlaqədə olduğu, “Mossad”ın yüksək rütbəli əməliyyatçısı kimi fəaliyyət göstərdiyi qeyd edilib.

O, həmçinin İsrailin İranda həyata keçirdiyi bir sıra əməliyyatlarda, o cümlədən iranlı alimin qətlində iştirakda ittiham olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью