İranda İsrailə casusluqda ittiham olunanlar edam cəzasına məhkum edilib

07.11.2024

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran məhkəməsi 2020-ci ildə nüvə enerjisi və müdafiə alimi Möhsün Fəxrizadənin qətlində istifadə olunan avadanlıqları almaqda təqsirli bilinən üç nəfəri ölüm cəzasına məhkum edib.

APA xəbər verir ki, bu barədə “Tasnim” İslam Respublikasının məhkəmə sisteminin nümayəndəsinə istinadən yazır.

İş üzrə müttəhimlərin İsrail rəhbərliyi ilə əlaqəli olduğu qeyd edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью