İranda İsrailin xeyrinə casusluqda ittiham edilən üç nəfər edam olunub

25.06.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 25 iyun, AZƏRTAC

İranda İsrailin “Mossad” kəşfiyyat xidməti üçün casusluqda ittiham edilən üç nəfər edam olunub.

AZIƏRTAC İran mediasına istinadla xəbər verir ki, bu ölkənin rəsmi mənbələrinin iddiasına görə, edam edilən şəxslər diversiya avadanlıqlarını alkoqol məhsulları adı altında daşıyarkən həbs olunublar.

İranda iyunun 22-də İsrailin xeyrinə casusluq ittihamı ilə daha bir nəfər edam olunmuşdu. O, ölkə haqqında, o cümlədən konkret şəxslər barədə məxfi sənədləri qarşı tərəfə ötürürmüş.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью