İranda istefa mərəkəsi: Vitse prezidentin ərizəsi qəbul edilməyib

22.11.2025

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif istefa ərizəsi yazıb. Lakin prezident Məsud Pezeşkian qəbul etməyib.

Tribunainfo.az xəbər verir ki, bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın nəzarətində olan “Sobhe-no” qəzeti xəbər yayıb.

Məlumatda deyilir ki, Arif hökumətdə rolunun məhdudlaşdırılmasına, əsas qərarların onunla məsləhətləşmədən qəbul edilməsinə etiraz olaraq istefa vermək istəyib. “Arifin istefa qərarında Prezident Aparatının digər üzvləri — icraçı vitse-prezident Məhəmməd Cəfər Qaempənah və Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi ilə yaranmış fikir ayrılıqları da rol oynayıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью