İranda itkin düşmüş alpinistlərin cəsədləri tapılıb

26.01.2026

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranda Əlvənd dağında itkin düşən dörd alpinistdən üçünün cəsədi tapılıb.

525.az İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə Həmədan Alpinizm və İdman Dırmanması Federasiyasının rəhbəri Ridvan Selmasi bildirib.

O qeyd edib ki, Həmədan əyalətindəki Əlvənd dağında qar uçqunu altında qaldığı güman edilən dörd alpinistdən üçünün cəsədləri tapılıb. İtkin düşmüş dördüncü alpinistin tapılması üçün isə axtarış və xilasetmə işləri davam edir.

Xatırladaq ki, Həmədandan təxminən 5 kilometr məsafədə yerləşən Əlvənd dağının hündürlüyü 3580 metrə çatır.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью