Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian sərəncam imzalayıb.
“Briqada generalı Seyid Məcid İbn əl-Rzanı milli müdafiə məsələləri üzrə Prezidentin müşaviri təyin etmişəm. İnanıram ki, onun təcrübəsi, peşəkarlığı və strateji məsləhətləri hökumətin məqsədlərinə nail olunmasına, ölkənin müdafiə sahəsindəki prioritetlərinin Konstitusiya və milli inkişaf planları çərçivəsində həyata keçirilməsinə töhfə verəcək”, - M.Pezeşkian bildirib.
Qeyd edək ki, Məcid ibn əl-Rza bu ilin mart ayında İranın müdafiə naziri təyin olunmuşdu. O, oktyabrın 18-dək bu postda çalışıb.
İran parlamentinin oktyabrın 18-də keçirilən iclasında Mehrdad Əxlaqi Kitabçi İranın müdafiə naziri vəzifəsinə gətirilib.
Həmidə İbrahimova