İranda küçə və yollar su altında qaldı

07.10.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranda yağan intensiv yağışlar bir sıra bölgələrdə selə səbəb olub. Güclü su axını nəticəsində küçə və yollar su altında qalıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.

Milli.Az xəbər verir ki, xüsusilə Əlborz vilayətində, o cümlədən Kərəc şəhəri və ətraf ərazilərdə vəziyyət daha da ağırlaşıb. Sel suları küçələrə dolaraq avtomobilləri aparıb, bəzi yollar isə su, palçıq və müxtəlif qalıqlarla örtülüb.

Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə selin ərazilərdə yaratdığı fəsadların miqyası əks olunub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью