Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“İrana qarşı hücumların bir neçə səbəbi və məqsədi var. Əsaslarından biri hakimiyyətin dəyişdirilməsi və hazırkı sistemin aradan qaldırılmasıdır”.
Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib:
“Digər səbəblərdən biri İranın nüvə obyektlərini sıradan çıxarmaqdır. Üçüncü məsələ isə ölkənin raket sənayesini sürətlə inkişaf etdirməsidir və bunun qarşısını almaq istəyirlər.
Əvvəlki təcrübə göstərir ki, İran əhalisi hücuma məruz qaldıqda daha çox birlik, bərabərlik və həmrəylik nümayiş etdirir. Yəni, küçələrə kütləvi çıxış və etirazların artması ehtimalı əvvəlki dövrlərdə də müşahidə olunmayıb. Buna görə də, bu dəfə də kütləvi aksiyaların baş verməsi ehtimalı çox azdır.
Hücumların uzanmasının əsas səbəblərindən biri də elə bu narahatlıqdır ki, hücum edildiyi təqdirdə proses fərqli istiqamətə yönələ bilər. Bu baxımdan, yaxın günlərdə hücumların artacağını görmək mümkün olsa da, kütləvi etirazların baş verməsi ehtimalı azdır”.
Şəbnəm