İranda liman vuruldu, yaralılar var

08.07.2026

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranın cənubundakı strateji Sirik limanına endirilən zərbələr nəticəsində dörd nəfər yaralanıb, dəniz infrastrukturuna əhəmiyyətli dərəcədə ziyan dəyib.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Al Jazeera” şərqi Hörmüzqan əyalətinin limanlar və dəniz işləri idarəsinin rəhbəri Həmidrza Məhəmmədhüseyni Təxtiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bir nəfər ağır yaralanıb və Minabdakı xəstəxanaya təxliyə edilib, digər üç nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.

O qeyd edib ki, liman iki dəfə hücuma məruz qalıb, nəticədə obyektin əsas körpülərindən biri ciddi şəkildə zədələnib. Həmçinin yerli kommersiya gəmiləri və yaxınlıqda yerləşən telekommunikasiya qüllələri də zədələnib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью