İranda məhbuslar aclıq aksiyasına başladı

23.06.2026

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın müxtəlif həbsxanalarında saxlanılan məhbuslar edam hökmlərinin dayandırılması tələbi ilə aclıq aksiyasına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Məlumata görə, İranın 57 həbsxanasında minlərlə məhbus bu gün səhərdən etibarən qida qəbulundan imtina edib. Aksiya edam cəzalarının artmasına diqqət çəkmək və beynəlxalq ictimaiyyətin mövqeyini gücləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, iyun ayında İranda 134 nəfər edam edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью