İranda Məhəmməd Əmini edam edildi

15.07.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranda 2025-ci ilin dekabrı – 2026-cı ilin yanvarında keçirilən kütləvi etiraz aksiyalarının iştirakçılarından biri barədə çıxarılmış ölüm hökmü icra edilib.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, Məhəmməd Əmini İsfahan əyalətinin Dehqan şəhərində inzibati bina və polis məntəqəsini yandırmaqda təqsirli bilinərək asılma yolu ilə edam olunub.

Bildirilib ki, istintaq zamanı Əmini həmin binalara yandırıcı qarışıq doldurulmuş butulkalar atdığını etiraf edib. O, həmçinin ifadəsində bir qrup şəxslə birlikdə iğtişaşlarda iştirak etdiyini və İran təhlükəsizlik qüvvələrindən oğurlanmış “Kalaşnikov” avtomatı da daxil olmaqla, silahlar əldə etdiklərini qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью