İranda Məhərrəm ayına görə keçirilən mərasimdə faciə Video

09.07.2025

Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


İranın Mazandaran vilayətinin Amol şəhərində Məhərrəm ayı münasibətilə keçirilən dəfn mərasimi zamanı faciə baş verib.
Yeniavaz.com
“Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, Kərbəla hadisələrinin nümayiş olunduğu şəbeh mərasimində İmam Hüseynin atı rolunu canlandıran heyvan tamaşaçıların üstünə atılıb.
Hadisə nəticəsində üçü uşaq olmaqla 7 nəfər yaralanıb, zərərçəkənlərdən üçünün vəziyyəti ağırdır. Bundan əlavə, İmam Hüseyn rolunu oynayan aktyorun qolu və bir neçə qabırğasının sındığı, onun da ağır vəziyyətdə xəstəxanaya aparıldığı bildirilir.
Qeyri-rəsmi məlumata görə, bu il İranda Məhərrəm ayında keçirilən dəfn mərasimləri zamanı 1500-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Yeniavaz.com (@yeniavaz_com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью