Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
İsrailin və ABŞ silahlı qüvvələrinin endirdiyi raket zərbələri nəticəsində bəzi İran rəsmilərinin məhv edildiyi barədə məlumatlar verilir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İranda informasiya mənbələri olan teleqram kanalları açıqlama verib.
İsrail tərəfindən İran Ali Məhkəməsinin binasına endirilən raket zərbəsi nəticəsində İran Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Mohseni Ejeyinin öldürüldüyü bildirilir.
Bundan başqa, İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Əmir Hatəminin öldürüldüyünə dair məlumat yayılıb.
Hələlik bu xəbərlər rəsmən təsdiq edilməyib.
Müşfiq Abdulla
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin