İranda məktəblər distant təhsilə keçir, muzeylər bağlanır

26.11.2025

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


İsveçrədəki hava monitorinqi şirkəti Tehranın Bağdad və Dehlidən sonra hava çirkliliyinə görə üçüncü şəhər olduğunu və çirkliliyin hər kubmetrə 225 mikroqram olduğunu açıqlayıb.
Reyting.az
xəbər verir ki, hava çirkliliyinə görə Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyi Tehranda muzeylərin və tarixi yerlərin 26-27 noyabr tarixlərində ziyarətçiləri qəbul edə bilməyəcəyini açıqlayıb.
Hava çirkliliyi səbəbindən Tehran bir sıra tədbirlər həyata keçirir. Bağlanacaq məkanlar arasında İran Milli Muzeyi, Rza Abbasi Muzeyi, Abgine və Kafel Muzeyi, İran Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Sadabad və Niyavaran mədəni-tarixi kompleksləri və UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan Gülüstan Sarayı da var.
Bundan başqa, 18 əyalətdə məktəblər distant təhsilə keçəcək.
Paytaxt Tehran, Əl-Borz, Qum, Qərbi və Şərqi Azərbaycan, Qəzvin, Semnan və İsfahanda şagirdlər hava çirkliliyi səbəbindən distant təhsil alırlar. Həmədan, Geylan, Yəzd, Kirman, Sistan-Bəluçistan, Cənubi və Şimali Xorasan, Xorasan ər-Rəzəvi və Zəncan əyalətlərində şagirdlər qrip pandemiyası səbəbindən məktəbə gedə bilmirlər.

V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью