İranda məktəblilər silahlılar tərəfindən qaçırıldı Video

17.11.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünən Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərində üç etnik bəluç məktəbli naməlum silahlı şəxslər tərəfindən qaçırılıb.
Bizim.Media xəbər verir ki, hadisə uşaqlar məktəb avtobusundan düşdükdən qısa müddət sonra baş verib.
Gümüşü rəngli “Peugeot 405” markalı avtomobildə olan silahlı şəxslər məktəbliləri zorla maşına mindirərək hadisə yerindən uzaqlaşıblar.
Məlumata əsasən, qaçırılan uşaqlar İranşəhrdəki “Üfüq” (Ofogh) məktəbinin şagirdləri olan iki qardaş və onların əmisi oğludur. (“Halvəş” Teleqram kanalı)

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью