İranda məşhur hoteldə yanğın: 30a yaxın xəsarət alan var

09.11.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tehranda yerləşən məşhur "Ramtin" hotelində yanğın olub.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.

Məlumata görə, yanğın nəticəsində 29 nəfər qatı tüstüdən zəhərlənib və müxtəlif dərəcəli xəsarət alıb.

Bildirilib ki, onlardan 22-nə hadisə yerində tibbi yardım göstərilib, 7-si isə xəstəxanaya aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью