İranda minə yaxın tələbə “Azərbaycan” şüarı səsləndirdi VİDEO

17.12.2025

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

“Çillə gecəsi” adlı mədəni proqram zamanı Urmiya Universitetində min nəfərdən çox tələbə birgə “Azərbaycan” şüarını səsləndirib.
Bizim.Media “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, bu kollektiv çağırış universitet mühitində Azərbaycan xalqının kimliyi, mədəniyyəti və tarixi məsələlərinə diqqət çəkən mühüm siqnal kimi qiymətləndirilir.
 

Paylaşımda qeyd olunur ki, tədbir mədəni laqeydliyə və kimlik müxtəlifliyinin yetərincə nəzərə alınmamasına qarşı dinc aksiya kimi təqdim olunub.


Tələbələr vurğulayıblar ki, universitet təkcə təhsil məkanı deyil, eyni zamanda mədəni maarifləndirmə və ədalət tələblərinin ifadə olunduğu bir platformadır.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью