İranda mineral su zavodu vuruldu

15.07.2026

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

İraq sərhədi yaxınlığındakı mineral su zavodu hücuma məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, Dehloran rayonunda fəaliyyət göstərən zavoda üç “düşmən mərmisi” düşüb.

Məlumata əsasən, hücum nəticəsində insan itkisi qeydə alınmayıb. Lakin zavodun avadanlıqlarına ziyan dəyib.

İnsidentə görə məsuliyyət daşıyan tərəf açıqlanmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью