İranda molla qaçırılıb

21.05.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İranın Sistan və Bəlucistan vilayətinin İranşəhr şəhərində silahlı şəxslər din xadimi Rza Səmədini qaçırıblar.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Şahidlərin bildirdiyinə görə, hadisə bazar ertəsi səhər saatlarında baş verib. Ağ rəngli "Peugeot" markalı avtomobil mollanın qarşısında qəfil dayanıb. Avtomobildən enən qara geyimli dörd silahlı şəxs Rza Səmədini zorla maşına mindirərək naməlum istiqamətə aparıb.

Hadisənin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, din xadiminin taleyi barədə hələ də heç bir məlumat yoxdur.

Yerli hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırmalara başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью