İranda MOSSAD agenti edam edildi

18.03.2026

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

İran hakimiyyəti İsrailin xeyrinə casusluqda təqsirli bilinən şəxs barəsində çıxarılmış ölüm hökmünü icra edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fars məlumat yayıb.

Məlumata görə, casusluqda şübhəli bilinən şəxs ötən hərbi münaqişə zamanı Tehranın qərb ətrafı yaxınlığında saxlanılıb. Ona İsrail kəşfiyyat xidməti MOSSADilə əməkdaşlıq etmək ittihamı irəli sürülüb.

İddia olunur ki, həmin şəxs İran ərazisində yerləşən həssas obyektlər barədə məlumatları xaricə ötürüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью