İranda Mossad agentlərinə edam cəzası verilib | Icma.az
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Nüvə bombasının atası" İsraildə istehsal edilən və peyk vasitəsilə məsafədən idarə olunan qatil-robot vasitəsilə qətlə yetirilib..." İranın Urmiyə şəhərinin inqilab məhkəməsi İsrailin xeyrinə İsrail xarici kəşfiyyat xidməti ilə əməkdaşlıqda və diversiya fəaliyyətində təqsirli bilinən dörd İran vətəndaşına ölüm hökmü verib.
Moderator.az xəbər verir ki, bu barədı İRNA agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, nüvə alimi, fizik Möhsün Fəhrizadənin aradan götürülməsi işi üzrə üç nəfər məhkum edilib.
İstintaqın versiyasına görə, onlar "Mossad"ın dəstəyilə alimin qətli yerinə silah çatdırıb.
Məhkəmə prosesinin təfsilatları və məhkum edilənlər barədə məlumat verilmir.
Həmçinin dördüncü İsrail casusunun hansı ittihamlar üzrə məhkum edildiyi göstərilməyib.
2020-ci ilin noyabrında İran Fiziki Tədqiqatlar Mərkəzinin rəhbəri, İran İslam İnqilabı Keçikçiləri Korpusunun yüksək rütbəli zabiti Möhsün Fəhrixadəyə qarşı sui-qəsd edilib.
Tam oxu
Xəbəri oxu