İranda “Mossad”a casusluqda təqsirləndirilən şəxs edam edilib

19.09.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranda İsrailin xarici kəşfiyyat xidməti “Mossad”la əməkdaşlıq etməkdə təqsirləndirilən Hüseyn Pedəran edam olunub.

Bakıvaxtı.az xəbər verir ki, Pedəran İsfahanda yerləşən hərbi obyektlərlə bağlı məxfi və həssas məlumatları İsrail kəşfiyyatına ötürməkdə ittiham edilib.

Məlumata görə, o, öz təşəbbüsü ilə “Mossad”la əlaqə yaradıb və məlumatların kodlaşdırılması ilə bağlı xüsusi təlim keçib.

İran mediasının yazdığına görə, Pedəran əldə etdiyi həssas informasiyanı kodlaşdırılmış formada elektron poçt vasitəsilə İsrail kəşfiyyatına göndərib.

Şəxsin edam hökmünün icrası ilə bağlı məlumat yerli media tərəfindən yayılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью