İranda “Mossad”la əlaqəli 20 dən çox şəxsin saxlanıldığı bildirilir

06.08.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

İranda “Mossad”la əlaqəli şəxslərin həbs olunduğu bildirilir.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, Kirman vilayətində İsrailin xarici kəşfiyyat xidməti ilə əməkdaşlıqda şübhəli bilinən 21 nəfər müəyyən edilib və onlar saxlanılıb.

Saxlanılan şəxslər hərbi, müdafiə sahəsində həssas və məxfi obyektlər barədə məlumatları toplayaraq “Mossad”a ötürməkdə ittiham olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью