İranda mövcud rejim hakimiyyət dəyişikliyi ilə getməsə, nüvə məsələsi yenidən gücü gündəmə gələcək

30.01.2026

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İran və İsrail arasında olan raket mübadiləsinin mübadiləsi zamanı İraqda olan proksi qüvvələr (Həşdü Şabi, mehdiyyə və fatimiyyun və s.onlarla belə qruplaşma var, onlar İranın maraqları çərçivəsində çıxış edir) İsrail əleyhinə hər hansı bir aksiyaya qoşulmadılar. Onları çəkindirən yeganə qüvvə Azərbaycan oldu. Azərbaycanın diplomatik səyləri nəticəsində İraqda olan qüvvələrin heç biri İsrail əleyhinə kampaniyaya qoşulmadılar. Livanda olan “Hizbullah” da qoşulmadı. Bu, bir nəbz yoxlanılması idi. Yeni bir müharibə olarsa, yeni bir müharibə olarsa inanın ki, qoşulma ehtimalları çoxdur”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Rufiz Hafizoğlu bildirib ki, İran rəsmiləri İran İslam İnqilabının qurulmasından bu günə qədər, bəlkə də ilk dəfə ən doğru sözü deyirlər: "İranla müharibə regionu alovlandıra bilər".

Rufiz Hafizoğlu

“İran rəsmilərinin digər sözlərinə inanmamaq lazımdır. Məhz "İranla müharibə regionu alovlandıra bilər" cümləsi onların yeganə həqiqətidir. İran maksimum vaxt udmağa çalışacaq, bəlkə nüvə məsələsində də güzəştə gedə bilər. Amma yenə də nəticə diplomatik danışıqlar və ABŞ-nin ritorikasından asılı olacaq. Maraqlısı budur ki, İran və Avropa İttifaqı arasında, ümumiyyətlə İranın nüvə proqramında vasitəçi missiyası kimi çıxış edən Türkiyə artıq bu məsələyə yaxın gəlmir. Bu da çox önəmli, əslində diqqətdən qaçırılmamalı məqamdır. Diplomatik güzəşt ola bilər. Amma İranda hakimiyyət dəyişilməsə, nüvə məsələsi yenidən gücü gündəmə gələcək”-deyə politoloq vurğulayıb.

Rufiz Hafizoğlu qeyd edib ki, İraq hələ gündəmdə deyil: “Yaxın illərdə o da gündəmə gələcək. “Hizbullah” İrandan dəstəyini çəkəcək məsələsi deyil. “Hizbullah” maksimum dirənərək mahiyyət etibarilə sonda İsrail, bir az da ritorikasını dəyişdirəcəyi təqdirdə orduya qismən inteqrasiya ola bilər. Amma bu da "Hizbullah"ın məhvi deyil. HƏMAS bu gün ən çətin, ən uğursuz vəziyyətdədir. Husilərə gəlincə, onlar da bugünkü məsələdə ən uğurlu pozisiyadadır. Çünki onların Trampla sövdələşmələri olmuşdu. Bu gün qismən öz “neytrallıq”larını qoruyub saxlaya bilər”.

“Heç bir halda İran bu qruplaşmalara dəstəyini dayandırmayacaq”-deyən politoloqun fikrincə, bu dəstək rəsmi dövlət dəstəyi deyil: “İran rəsmi dövlət olaraq nə “Hizbullah”a, nə də Husilərə pul vermir. Bu proses aldadılmış, beyni yuyulmuş milyonlarla şiə müsəlmanların zəkatı, sədəqəsi və s. ilə başa gəlir. Böyük bir regionda bu mexanizm özü necə işləyir? Bu da ayrı bir məsələdir. Məscidlərdən toplanan ianələr, hədə-qorxuyla toplanan pullar… Suriyada Bəşər Əsəd hakimiyyəti çökdükdən sonra bəlli oldu ki,  Hizbullah nəinki Suriyanın hakim dairələrini, eyni zamanda Suriyanın qadın bazarını belə idarə edirdi. Bütün buradan toplanan pullar hamısı dolayı yollarla Hizbullaha, Husilərə və digər qruplara paylanılırdı”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью