Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. İranda 27 yaşlı müğənni Parasta Əhmədi həbs edilib.
Sfera.az bildirir ki, ifaçı həbsindən bir gün əvvəl “YouTube”da virtual konsertini yayımlayıb.
Yarım saatlıq çıxışında müğənni 4 kişi musiqiçinin müşayiəti ilə bir neçə mahnı oxuyub.
Sənətçi qolsuz və yaxasız qara libasda çıxış edib, həmçinin hicablı olmayıb. Bu barədə müğənninin vəkili Milad Pənahipur məlumat verib.
Əhmədi şənbə günü ölkənin şimalındakı Mazandaran əyalətinin inzibati mərkəzi olan Sari şəhərində saxlanılıb.
Cümə axşamı İranın məhkəmə orqanları müğənniyə qarşı İslam Respublikasının qadınlar üçün sərt geyim qaydalarını pozduğuna görə iş açıb.
Konsertdə Parastanı dörd kişi musiqiçi müşayiət edib. “Mən Parastu, məni sevən insanlar üçün oxumaq istəyən bir qızam”.
Video qısa zamanda populyarlaşaraq indiyə qədər 1,8 milyon baxış toplayıb.