İranda müharibə dayansa da, bu, illərlə davam edəcək

22.03.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində enerji daşıyıcılarının tədarükündəki yaranmış fasilələr qlobal bazarlarda aylarla, hətta illərlə davam edə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Axios”da məqalə dərc olunub.

Nəşr qeyd edir ki, tez bir zamanda atəşkəs və ya Hörmüz boğazından təhlükəsiz keçid barədə razılaşma əldə olunsa da, fasilələrə son qoymayacaq. Çünki Hörmüz boğazının blokadası artıq qlobal xammal tədarükünə öz mənfi təsirini göstərib.

Məqalədə ekspertlərin fikitlərinə də yer verilib. Onların sözlərinə görə, enerji obyektlərinə birbaşa zərbələrin endirilməsi müharibənin nəticələrinin uzunmüddətli olacağının birbaşa göstəricisidir. Elə bu səbəblə də enerji sahəsində artan qiymətlər daha ləng və uzun müddət sonra azalacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью