Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
ISNA-nın məlumatına görə, Vaşinqtonun sanksiya təhdidlərinə baxmayaraq, İran aviaşirkətləri beynəlxalq uçuşları davam etdirir və indiyədək bu uçuşların dayandırılması ilə bağlı heç bir göstəriş verilməyib. Agentlik İranın Mülki Aviasiya Təşkilatının sözçüsünə istinadən bildirib: “İran aviaşirkətləri tərəfindən həyata keçirilən beynəlxalq uçuşlardan heç biri ləğv edilməyib; onlar hazırda cədvələ uyğun olaraq uçuşları yerinə yetirirlər. Beynəlxalq uçuşların dayandırılması ilə bağlı bizə heç bir göstəriş daxil olmayıb”.
XQ