İranda müxaliflərə qarşı kütləvi repressiya

07.01.2025

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranda müxaliflərə düşüncəli insanlara qarşı repressiyalar davam edir. 

“Cebheinfo.az” “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, İranda hüquq-mühafizə və təhlükəsizlik orqanları müxaliflərə qarşı hücumlara başlayıb. 

“Filter Watch”-in məlumatına görə, İslam Respublikasında təhlükəsizlik-kəşfiyyat orqanları məqsədli şəkildə müxaliflərə qarşı kiberhücumlar təşkil edir və vətəndaş cəmiyyəti fəallarını təqib edir. 

Məlumatda qeyd olunur ki, xüsusi xidmət orqanlarının müxalifəti susdurmaq məqsədilə etnik azlıqların hüquqlarını müdafiə edən fəallara və siyasi müxaliflərə qarşı kiberhücumları çoxalıb. 

Bildirilib ki, ən çox kiberhücumlara rejimə qarşı çıxanlar, etiraz aksiyalarında iştirak edənlər, o cümlədən qadın hüquqları müdafiəçiləri məruz qalırlar. 

Qeyd olunub ki, kiberhücumlar əsasən sosial media hesablarının bağlanması, silinməsi, eləcə də telefon nömrəsi xətlərinin kəsilməsi təşkil edir. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью