İranda neft emalı zavodunda yanğın olub

25.02.2025

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb

İranın Mərkəz əyalətinin Şazand şəhərində İmam Xomeyni adına neft emalı zavodunda qəza baş verib.

AYNA “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə müəssisənin ictimaiyyətlə əlaqələr və beynəlxalq işlər üzrə direktoru Abdultalib Amini bildirib.

Onun sözlərinə görə, yanğın ventilyasiya sistemindəki qurğudan başlayıb.

Direktor hadisə nəticəsində ölən və xəsarət alanların olmadığını deyib: “Zədələnmiş blokun bərpası istiqamətində işlər görülür”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью