İranda oğlumu həyatdan küsdürüblər, heç kimi görmək istəmir | Icma.az
Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir. “Oğlum Fəridin azad olunmasında dövlət başçının çox böyük rolu olub.
Buna görə cənab prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm”.
AzPost bildirir ki, bu sözləri İranda həbsdə olmuş tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova açıqlamasında bildirib.
“Fərid ilə danışığına, həm də Tehran səfirliyimizin mənimlə olan telefon söhbətinə əsasən tam olaraq məlumatlıyam ki, bu məsələnin həll olunmasında ölkə rəhbərinin nə dərəcədə böyük rolu olub .Buna görə də cənab prezident İlham Əliyevə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
Bu işdə iştirak etmiş hər bir əməkdaşa xüsusən səfirimiz Əli müəllimə, səfirliyin əməkdaşı Fariz müəllimə təşəkkür edirəm!
Xüsusi ilə bu məsələni daim diqqətdə saxlayan mediyaya təşəkkür edirəm!”-deyə D. Əsgərova bildirib.
O oğlunun qaytırlması ilə bağlı bəzi məqamları açıqlayıb: “Yanvarın 18-də, 685 gündən sonra nəhayət Fərid Azərbaycana təhvil verildi.
Mən istəyərdim daha tez olsun. Amma açığını desəm Fəridin SEPAH adlanan terrorist təşkilatı və ya İran rejiminin “məhkəmələri” haqqında dedi
Tam oxu
Xəbəri oxu