İranda olan Azərbaycan vətəndaşlarının vəziyyəti daim nəzarətdə saxlanılır Nazir | Icma.az
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Hazırda İranda olan Azərbaycan vətəndaşlarının vəziyyətinin diqqət mərkəzində saxlanılması istiqamətdə Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğu mütəmadi şəkildə fəaliyyət göstərir və bu fəaliyyət bir saat belə dayandırılmayıb".
525.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
O bildirib ki, İranda olan vətəndaşlarımız hər hansı çətinliklə üzləşdikləri təqdirdə, rəsmi şəkildə açıqlanmış əlaqə nömrələri vasitəsilə diplomatik nümayəndəliklərimizlə əlaqə saxlaya bilərlər.
Hazırda vəziyyət sabitdir, ciddi problem müşahidə olunmur və Baş konsulluğumuz tam fəaliyyətdədir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu