İranda öldürülən hakimlər terrorda şübhəli bilinən şəxslərin işlərinə baxırdılar YENİLƏNİB

18.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat yayır.

İran Ali Məhkəməsinin öldürülmüş hakimləri terrorçuluq və casusluqda şübhəli bilinənlərin işlərinə baxırdılar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın məhkəmə hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.

Yerli KİV-in məlumatına görə, hücum edən şəxs özünü öldürüb.

Dəqiqləşdirilmiş məlumata görə, yaralanan şəxs hakim yox, mühafizəçilərdən biri olub.

12:59

Tehranda Ali Məhkəmə binasının qarşısında atışma baş verib.

“Report”un məlumatına görə, bu barədə IRNA agentliyi məlumat yayıb.

İki hakim həlak olub, biri yaralanıb.

İlkin məlumata görə, hakimiyyət bunu terror aktı kimi qiymətləndirir.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью