İranda öldürülən uşaqların meyitlərində İsrail güllələri tapılıb | Icma.az
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranda etirazlar zamanı öldürülən uşaqların meyitlərində İsrail döyüş güllələri tapılıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu, məhkəmə-tibbi ekspertizası ilə təsdiqlənib.
Agentliyin mənbəyi qeyd edib ki, azyaşlı qız etirazlar zamanı terrorçular tərəfindən güllələnib: "İsfahandan olan səkkiz yaşlı qız iğtişaşlar zamanı ailəsi ilə birlikdə alış-verişə gedib və terrorçuların açdığı atəş nəticəsində qarın, çənə və başın arxa hissəsindən ölümcül yaralanıb.
Məhkəmə-tibbi ekspertizası güllələrin İsrailə məxsus döyüş sursatı olduğunu göstərib". Qeyd olunur ki, oxşar hadisə Kirmanşahda da yaşanıb.
Gülayə Mecid Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu