Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
İranda 28 dekabrdan bəri davam edən etirazlarda ölənlərin sayının təhlükəsizlik qüvvələri də daxil olmaqla təxminən 2000 nəfərə çatdığı bildirilir.
Bu barədə ABŞ-də yerləşən vətəndaş cəmiyyəti təşkilatı məlumat yayıb.
Etirazlarda həyatını itirənlərin sayının ən azı 646 nəfərə çatdığı və bunlara 9-u uşaq olan 505 etirazçı, 133 əsgər və hüquq-mühafizə orqanı işçisi, etirazlarda iştirak etməyən 7 mülki şəxs və 1 prokuror daxil olduğu deyilir. Bəyanatda bəzi ölüm hallarının araşdırıldığı və təşkilatın də yoxlama mərhələsində olan daha 579 ölüm xəbəri aldığı qeyd edilib.
Həmçinin nümayişlər zamanı həbs olunanların sayının 10721-ə çatdığı bildirilib.
"AzPolitika.info"