İranda partlayış: iki əsgər öldü, ikisi yaralandı

31.05.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

İranın Kürdüstan əyalətinin Merivan şəhərində İran-İraq müharibəsindən qalan köhnə piyada əleyhinə minanın partlaması nəticəsində iki İran əsgəri ölüb, ikisi isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Dörd nəfərlik qrupun sərhəd nəzarəti üçün göndərildiyi və onların bu zaman minaya düşdüyü bildirilib.

Yaralıların xəstəxanaya yerləşdirildiyi bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью