İranda partlayış: onlarla insan xəsarət alıb

22.03.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

İranın paytaxtı Tehranda üç mərtəbəli yaşayış binasında partlayış olub.

Bu barədə Ölkə.az İRNA-ya istinadən xəbər verir.

Məlumata görə, hadisə qaz sızmasından baş verib. Partlayış nəticəsində 21 nəfər xəsarət alıb. Onlardan 11-i xəstəxanaya yerləşdirilib, 10 nəfərə hadisə yerində tibbi yardım göstərilib.

Qeyd edilir ki, bina zərbənin gücündən dağılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью