İranda partlayış səsləri eşidilib

12.07.2026

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranın cənubundakı Əsəluyə və Buşehr şəhərlərində partlayış səsləri eşidilib.

Modern.az xəbər verir ki, bu barədə İran KİV-i və regional mənbələr məlumat yayıb. İlkin məlumata görə, partlayış səsləri Buşehr vilayətinin müxtəlif ərazilərində, o cümlədən Əsəluyədə qeydə alınıb. Hadisənin səbəbi ilə bağlı hələlik İran rəsmilərindən rəsmi açıqlama verilməyib.

Buşehr vilayəti İranın yeganə fəaliyyət göstərən atom elektrik stansiyasının yerləşdiyi bölgədir. Əsəluyə isə Cənubi Pars qaz yatağı, eləcə də ölkənin ən böyük neft-qaz və neft-kimya komplekslərinin fəaliyyət göstərdiyi strateji enerji mərkəzlərindən biridir.

Hazırda partlayışların xarakteri, mümkün dağıntılar və ya itkilərlə bağlı təsdiqlənmiş məlumat yoxdur. Rəsmi qurumların hadisə ilə bağlı açıqlama verməsi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью