İranda partlayış: Yenə polislər hədəf alındı

09.10.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində baş verən partlayış nəticəsində bir neçə polis əməkdaşı yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyinin verdiyi məlumatda deyilir.

Bildirilib ki, yol kənarına qoyulmuş partlayıcı qurğu polis maşını ərazidən keçən zaman işə düşüb.

İlkin məlumatlara görə, bir neçə hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Qeyd edək ki, bundan öncə Faryab şəhərində polis zabiti güllələnmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью