İranda paytaxt köçürülür Tehranı hara ilə əvəz edəcəklər?

08.01.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

İran hökumətinin sözçüsü Fatma Mühacirani həftəlik mətbuat konfransında ölkənin yeni paytaxtının seçilməsi və köçürülməsi ilə bağlı danışıb. 

News24.az Söz.az-a istinadən xəbər verir ki, Mühacirani İranın yeni paytaxtının cənubda və Mekran bölgəsində olacağını bildirib. 

“Paytaxtın dəyişdirilməsi yeni məsələ deyil. Müxtəlif hökumətlər dövründə paytaxtın dəyişdirilməsinə cəhdlər edildi. Tehran sürətlə artan əhalisi və ekoloji problemlər səbəbindən əsas infrastruktur xidmətlərindən məhrum olmağa başlayıb", - deyə  Fatma Muhacərani vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью