İranda Pezeşkianın tərəfdarları saxlanıldı ADLAR

09.02.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranda rejimə qarşı genişmiqyaslı etirazları dəstəkləmiş bir neçə siyasi xadim saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli KİV-lər yazıb.
 

İslam İnqilabı Keşikçiləri Korpusu İranın İslam Xalq Partiyasının baş katibi, islahatçı cəbhənin liderlərindən biri olan Azər Mənsurini həbs edib. O, Məsud Pezeşkianın prezident seçkilərində qələbəsində əsas rol oynamış fiqurlardan biri hesab olunur.


Mənsuri repressiyaları açıq şəkildə tənqid etdiyinə və İranın ali dini lideri ayətullah Əli Xameneinin istefasına çağırışlar etdiyinə görə saxlanılıb.
Bununla yanaşı, keçmiş xarici işlər nazirinin müavini Möhsən Aminzadə və siyasi fəal, keçmiş parlament deputatı İbrahim Əsgərzadə də həbs edilənlər arasındadır.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью