Icma.az, Apa.az portalına istinadən məlumat verir.
İranda poladəritmə zavodunda karbon qazı balonunun partlaması nəticəsində 1 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.
“Nətənz şəhəri ətrafında İmamzadə rayonunda yerləşən Xalidabad poladəritmə zavodunda karbon qazı balonunun partlaması nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb”, - məlumatda deyilir.
Ölənlərin və yaralananların Əfqanıstan vətəndaşları olduğu qeyd edilir. Onların hamısı yaxınlıqdakı tibb məntəqələrinə göndərilib.